Prokuror bankdan yarım milyon oğurlayana 10 il cəza istədi


Digərləri 25 Yan 2019 17:48:00 245 0

Prokuror bankdan yarım milyon oğurlayana 10 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində bankdan əmanətçinin yarım milyon dollar pulunu öz kartına köçürüb oğurlamaqda ittiham olunan Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi fevralın 1-nə təyin edilib.