Məleykə Abbaszadə sınaq imtahanlarının qiymətinin baha olmasına münasibət bildirib


Digərləri 25 Yan 2019 17:30:00 227 0

Məleykə Abbaszadə sınaq imtahanlarının qiymətinin baha olmasına münasibət bildirib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı iddialara münasibət bildirib.

Son.az report-a istinadən xəbər verir ki, o, bu fikirlərlə razı olmadığını deyib. 

"İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, logistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar", - M.Abbaszadə vurğulayıb.