Oğurluq üçün girdiyi evdə 75 yaşlı qadını zorlayan şəxs bəraət istəyir


Digərləri 25 Yan 2019 17:35:00 297 0

Oğurluq üçün girdiyi evdə 75 yaşlı qadını zorlayan şəxs bəraət istəyir

Həmyerlisi olan 75 yaşlı qadını zorladığına görə 8 il azadlıqdan məhrum edilən Xaçmaz rayon sakini azad olunmaq üçün məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istnadən bildirir ki, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə məhkum olunan Muxtarov Osman Qüdrət oğlunun məhkəmə prosesinə Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov sədrlik edəcək. 

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2011-ci ildə qeydə alınıb. Həmin ilin sentyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində 75 yaşlı qadını zorlamaqda təqsirli bilinən Xaçmaz rayon Mollabürhan kənd sakini, 43 yaşlı Osman Muxtarovun məhkəməsi başa çatıb.