BPnin regional prezidenti "Şahdəniz 2" görülən işlərdən danışdı


Digərləri 25 Yan 2019 17:12:00 223 0

BPnin regional prezidenti "Şahdəniz 2" görülən işlərdən danışdı

BP "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ikinci klasterin dörd quyusunun istifadəyə verilməsi ilə bağlı iş aparır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Energy Intelligence" nəşrinə müsahibəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons deyib.

Onun sözlərinə görə, artıq birinci klaster üçün dörd buruq gətirilib ki, bu da qaz hasilatını 16 milyard kubmetrədək artırmağa imkan verəcək:

"Şahdəniz" yatağında ilkin hasilat həcmi ildə təxminən 10 milyard kubmetr təşkil edirdi. "Şahdəniz 2" dörd klasterlə tam istifadəyə verildikdən sonra biz əlavə 16 milyard kubmetr qaz əldə edəcəyik. Yekunda qaz hasilatı ildə 26 milyard kubmetr təşkil edəcək və bunlardan 10 milyard kubmetri Avropaya nəql ediləcək".