Ekspert: Radikal müxalifət xaricdən aldığı sifarişləri həyata keçirmək üçün Azərbaycanı hətta Suriya kimi ölkələrin gününə salmağa hazırdır


Digərləri 25 Yan 2019 16:56:00 166 0

Ekspert: Radikal müxalifət xaricdən aldığı sifarişləri həyata keçirmək üçün Azərbaycanı hətta Suriya kimi ölkələrin gününə salmağa hazırdır

Radikal müxalifət xaricdən aldığı sifarişləri həyata keçirmək üçün Azərbaycanı hətta Suriya kimi ölkələrin gününə salmağa hazırdır.

Bakı. Samir Əli - "Fəaliyyətlərinin bütün dövrlərində xalqa, dövlətə xəyanət edən, xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, ölkə daxilində dağıdıcılıqla məşğul olan bu ünsürlər “mitinq sevdası” ilə özlərinə təsəlli verməyə çalışırlar. Cəmiyyətdə sosial dayağı, nüfuzu olmayan dağıdıcılar hər dəfə mitinq keçirmək adı ilə 3-5 adamı öz ətraflarına toplayır, xarici havadarlarının verdiyi “tezislər” əsasında şüarlar səsləndirir, bununla da necə biabırçı gündə olduqlarını bir daha xalqa nümayiş etdirirlər". Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Dağıdıcı müxalifətin 19 yanvar tarixində keçirdiyi mitinqə münasibət bildirən V.Rəhimzadə qeyd edib ki, bu şou onların zəifliyini, xalq tərəfindən dəstəklənmədiyini sübuta yetirdi: “Dağıdıcıların əsl məqsədi nədir? Xalq, dövlət üçün nə isə etməkmi? Təbii ki, xeyr. Onların əsl məqsədi erməni lobbisi və anti-Azərbaycan qüvvələr tərəfindən gələn qrantlarla, eyni zamanda, “mühacir biznesi” ilə ciblərini doldurmaqdır. Bunun üçün xalq qarşısında min bir yalan deyir, min bir cildə, dona girirlər. Lakin 25 ildir dəyişməyən dağıdıcılar, şüarlar, çıxışlar, mənasız və yalan vədlər artıq insanları bezdirib. Bir sözlə, radikal müxalifət “liderləri” Vətən üçün yaxşı heç nə vəd etmirlər”. Baş redaktor vurğulayıb ki, dağıdıcıların əsas “missiyalarından” biri də sosial şəbəkələrdə “qəhrəmanlıq” etmək, real həyatda reallaşdıra bilmədiklərini virtual aləmdə həyata keçirməkdir: “Bu gün dağıdıcıların “fəal” olduğu sosial şəbəkələrdəki bəzi səhifələrdə 19 yanvar mitinqi “böyük qəhrəmanlıq” kimi qələmə verilir. Lakin insanları bu cür ağ yalanlarla çaşdırmaq mümküm deyil. Müşahidələr göstərir ki, 19 yanvar mitinqi hər zaman olduğu kimi, yenə də uğursuzluqla yadda qalıb. Özlərini və ətraflarındakı 3-5 nəfəri idarə edə bilməyən “müxalif liderlərin” dövlət idarəçiliyində təmsil olunmaq istəkləri sadəcə olaraq gülünc görünür”. V.Rəhimzadənin sözlərinə görə, dağıdıcılar öz çirkin niyyətlərinə çatmaq üçün hər yola əl atırlar: “Radikal müxalifət “liderləri” olan bu şoumenlər “xarici dayılarının” sifarişlərini yetirmək üçün dəridən qabıqdan çıxırlar. Onlar xaricdən aldıqları sifarişləri həyata keçirmək üçün Azərbaycanı hətta Suriya, Liviya və digər vətəndaş qarşıdurması olan ölkələrin gününə salmağa hazırdırlar. Təbii ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi və xalq bu çirkin niyyətin baş tutmasına heç vaxt imkan verməyib və verməyəcək. Dağıdıcılar isə 25 ildir dedikləri yalanlara, verdikləri boş vədlərə yalnız özləri qulaq asmaq məcburiyyətində qalırlar”. Ekspert onu da bildirib ki, bu günlərdə xalqımız 20 Yanvar - Ümummilli Hüzn Gününü qeyd etdiyi halda, dağıdıcıların Şəhidlər xiyabanına gələrək bu günü qeyd etmək əvəzinə özbaşınalıq etmək, qarışıqlıq yaratmaq cəhdləri simasızlığın göstəricisidir: "Bütün bunlar bir tərəfə, radikal müxalifət yanvar 20-də siyasi şou təşkil edib ictimai sabitliyi pozmaq cəhdləri ilə azadlıq şəhidlərimizin ruhuna hörmətsizlik etdi. Düşünürəm ki, buna görə Azərbaycan xalqı heç bir zaman şəxsi maddi maraqlarına görə Şəhidlər xiyabanını oyun alətinə çevirməyə çalışan Əli Kərimliyə, onun ətrafındakı dağıdıcılara, Milli Şuraya, Real partiyası və digər radikal düşərgənin təmsilçilərinə yerini göstərəcək, lənətləyəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin