Donald Trampın sabiq müşaviri həbs olundu


Dünya 25 Yan 2019 16:45:00 200 0

Donald Trampın sabiq müşaviri həbs olundu

ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri, siyasi məsləhətçi Rocer Stoun Florida ştatında həbs olunub.

Son.az report-a istinadən xəbər verir ki, o, xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi barədə apardığı istintaq çərçivəsində saxlanılıb.