Ekspert: "Ermənistanın əvvəlki hökumətləri dövründə ölkədən 10 milyard dollar çıxarılıb"


Dünya 25 Yan 2019 15:27:00 213 0

Ekspert: "Ermənistanın əvvəlki hökumətləri dövründə ölkədən 10 milyard dollar çıxarılıb"

Ermənistandan əvvəlki hökumətlər dövründə, yəni 2004-2013-cü illər ərzində xaricə 10 milyard ABŞ dolları məbləğində aktivlər çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Transparency İnternational" ("Beynəlxalq Şəffaflıq") təşkilatının korrupsiya məsələləri üzrə eksperti Xaçiq Harutyunyan bildirib.

O, bu hallarla səmərəli mübarizə aparmaq, çıxarılan maddi ehtiyatları geri qaytarmaq üçün ölkədə struktur islahatları həyata keçirərək yalnız korrupsiya məsələlərinə baxacaq vahid istintaq qurumu yaratmağın vacib olduğunu diqqətə çatdırıb.