İtkin düşən futbolçunun yer aldığı təyyarənin pilotu ilə bağlı


Dünya 25 Yan 2019 15:18:00 236 0

İtkin düşən futbolçunun yer aldığı təyyarənin pilotu ilə bağlı

İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin itməsi ilə əlaqədar istintaq davam edir

İngiltərənin "Kardiff Siti" klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin itməsi ilə əlaqədar istintaq davam edir.

Son.az report-a istinadən bildirir ki, hava gəmisini idarə edən Devid İbbotsonun ödənişli uçuşlar üçün lazımi lisenziyaya malik olmadığı üzə çıxıb. İbbotson qaz təsərrüfatında çalışsa da, yüngül təyyarələrin idarə edilməsində böyük təcrübəyə malik olub. O, paraşütlə uçuş həvəskarlarını lazımi yüksəkliyə çatdırmaqla məşğul imiş.

Hazırda uçuşun futbolçu tərəfindən ödənildiyi və ya özəl olub-olmaması müəyyənləşdirilir.