Qobustan qoruğundan silah tapıldı


Digərləri 25 Yan 2019 14:51:00 232 0

Qobustan qoruğundan silah tapıldı

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində  yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Pünhan Mirzə Son.az