Metroda qızıl üzük tapan jurnalistdən nümunəvi hərəkət


Digərləri 25 Yan 2019 14:21:05 308 0

Metroda qızıl üzük tapan jurnalistdən nümunəvi hərəkət

Yanvarın 24-də axşam evə gedərkən metronun "20 Yanvar" stansiyasının perronunda nişan üzüyü tapan jurnalist Rəsul Mirhəşimli onu polisə təhvil verib.

Son.az xəbər verir ki, bu barədə R.Mirhəşimli özü məlumat yayıb: "Üzük tapılan vaxt təxminən saat 20:43 olardı. Tapdığım üzüyü metro stansiyasındakı polis əməkdaşlarına təhvil verdim. Polis işçiləri akt tərtib edib, üzüyü təhvil aldılar. Bildirdilər ki, üzüyü itirən şəxs əgər onu bu stansiya ərazisində itirdiyini ehtimal edərsə, bir həftə müddətində onlara müraciət edə bilər. Kamera görüntülərinə baxış keçirərək, üzüyün həmin şəxsdən düşüb, düşmədiyi müəyyən ediləcək və sahibinə qaytarılacaq. Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək".  

O qeyd edib ki, üzük stansiyanın perronunda "Dərnəgül" istiqamətinə gedən qatarların birinci və ikinci vaqonlarına yaxın ərazidə tapılıb. Üzüyü taparkən iki həmkarı da onunla bir yerdə olub: 

"Dua edək ki, Allahın izni ilə üzüyün sahibi tezliklə tapılsın. Nişan üzüyünün itirilməsi üzüntüsündən onu itirən şəxs tezliklə qurtarsın, inşəAllah!"

Məmməd Hüseynov Son.az


Xəbərə aid fotolar