Fərda keçmiş xanımına söz atdı: "Mırrrr, havhav…. Karvan çox bərk keçdi, görmədiniz?”


Şou-biznes 25 Yan 2019 14:24:00 261 0

Fərda keçmiş xanımına söz atdı: "Mırrrr, havhav…. Karvan çox bərk keçdi, görmədiniz?”

Bir neçə gündür ki, Fərda Aminlə birinci xanımı Günel Xudaverdiyeva arasında yaranan qalmaqal gündəmi zəbt edib.

Tanınmış aktyorun instaqramda  birinci və ikinci nikahından dünyaya gələn övladlarının fotosunu paylaşması tərəflər arasında yaranan gərginliyin ictimailəşməsi ilə nəticələnib. G.Xudaverdiyeva sosial şəbəkədə açıqlama yayaraq Fərdanın ikinci xanımını ailə dağıtmaqda ittiham edib.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sərt fikirlərdən sonra bütün diqqət Fərdanın üzərinə yönəlib.  Aktyor mövzu barədə danışmayacağını bildirsə də, sosial şəbəkədə yumorik bir video paylaşaraq mövzuya şərh yazıb: "İtlər necə hürürdü, "brat"? Mırrrr, hav-hav.... Karvan çox bərk keçdi, görmədiniz?"