Gələn ay “Gəncliyin səsi” festivalı keçiriləcək


Digərləri 25 Yan 2019 14:24:19 189 0

Gələn ay “Gəncliyin səsi” festivalı keçiriləcək

Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2019-cu il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Bakı. Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2019-cu il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. 2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir. Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi planlaşdırılır. Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub. Festival çərçivəsində keçiriləcək tədbirlər: 1 fevral 2019-cu il, saat – 12:00 Festivalın açılışı Beynəlxalq Muğam Mərkəzi 1 fevral 2019-cu il, saat – 16:00 Gənc musiqiçilərin konserti Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi 2 fevral 2019-cu il, saat – 17:00 ASAN Könüllülərin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan”müsiqili komediyası Sumqayıt Dövlət Dram Teatrı 2 fevral 2019-cu il, saat – 12:00 Prezident təqaüdçülərinin konserti Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev Mərkəzi 2 fevral 2019-cu il, saat – 11:00