Əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı


Digərləri 25 Yan 2019 14:19:00 227 0

Əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı

Azərbaycanda əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi" mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsindən Azərbaycan hökumətinə bu sahədəki konvensiyanın icrası ilə bağlı suallar daxil olub: "Həmin suallardan da biri Nazirlər Kabiteninin 172 saylı qərarında olan, övladlığa uşaq götürmək istəyən şəxslərin xəstəliklərə dair tələbidir. Həmin tələbdə birinci, ikinci qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək məhdudiyyəti qoyulub. Bu da, təbii ki, həmin şəxslərə qarşı ayrı-seçkilikdir".