Azercell 2019-cu ilin ilk Eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim etdi (FOTO)


Digərləri 25 Yan 2019 14:08:52 188 0

Azercell 2019-cu ilin ilk Eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim etdi (FOTO)

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC, yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək, abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir.

Bakı. Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC, yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək, abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir. Şirkət bu ilin ilk Eksklüzivini Faiq Əmirov küçəsi 8 ünvanında Zaqatala sakinlərinin ixtiyarına verib. Beləliklə, ölkə boyunca Azercell Eksklüziv mağazalarının sayı 21 təşkil etdi. Qeyd edək ki, yeni Eksklüziv mağaza ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər istədiyi məhsulu sınaqdan keçirə, həmçinin onları müqayisə edə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri aktiv etməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar yardım edir. Həmçinin mağazada müştərilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Eksklüziv ofislərdə nömrənin digər abunəçinin adına rəsmiləşdirməsi və izahlı qaimə əməliyyatı istisna olmaqla, bütün digər Azercell xidmətlərindən faydalanmaq mümkündür.