Azərbaycanda uşaqlar övladlığa verilən zaman valideyn seçə biləcəklər


Digərləri 25 Yan 2019 13:43:00 228 0

Azərbaycanda uşaqlar övladlığa verilən zaman valideyn seçə biləcəklər

Övladlığagötürmə ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi" mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib

O bildirib ki, hazırda övladlığagötürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: "Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da imzaladığı "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alt sistem yaradılacaq. Çünki indiyə qədər hər üç qurumun özünün ayrıca qanunvericilik bazası var idi. Yeni alt sistem çərçivəsində bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa uşaq götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa uşaq götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq".