Azərbaycan “Eurovison”a bu 3 nəfərdən birini göndərəcək


Digərləri 25 Yan 2019 13:47:00 201 0

Azərbaycan “Eurovison”a bu 3 nəfərdən birini göndərəcək

Bir neçə həftə sonra İctimai Televiziya "Eurovision- 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini ictimaiyyətə təqdim edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kanal onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib və onlar arasında seçim aparır.

Sözügedən şəxslərdən biri "Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndidir.  O, yarışmada iştirak edəcək favori namizəddir. Lakin Azərbaycan ard-arda xanım iştirakçıları "Eurovision"a göndərdiyi üçün bu dəfə əsas diqqət bəylərin üzərindədir.

İkinci namizəd isə "Səs Azərbaycan" proqramı ilə populyarlaşan, MTV-də yayımlanan "3 canlı" proqramının aparıcısı Tofiq Hacıyevdir.