“Azərenerji” ASC-dən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA


Digərləri 25 Yan 2019 13:30:00 209 0

“Azərenerji” ASC-dən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA

“Azərenerji” ASC bəzi internet xəbər saytlarında bu qurumda kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bakı. “Azərenerji” ASC bəzi internet xəbər saytlarında bu qurumda kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı məlumatlara aydınlıq gətirib. “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi Teymur Abdullayev Trend-ə bildirib: "Ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra yaradılan Dövlət Komissiyasının yekun rəyinə əsasən bu müəssisədəki mühafizə postlarından 3-ü ləğv edilərək, nəzarəti həyata keçirmək mühafizə polisinə həvalə edilib. Eyni zamanda hazırda stansiyada perimetr boyu ağıllı kamera və hasarlama işinə başlanılıb. “Mingəçevir” Su Elektrik Stansiyasının 2 hissəsini və Mingəçevir Su Anbarını, o cümlədən “Varvara” Su Elektrik Stansiyasını Fövqəladə Hallar Nazirliyi qoruduğu üçün daxildə eyni işi görən mühafizə dəstəsini ən azı ixtisar etməyə ehtiyac vardı. Bütün bunlara görə də, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bir hissə mühafizəçi ştatı ixtisar edilib. Eyni zamanda ixtisara düşən mühafizəçilərə stansiyalarda müvafiq işlər təklif edilib və onların əksəriyyəti bununla razılaşıblar.