Eldar Mahmudov hələ də AzTVyə gizli tapşırıqlar verirmiş


Digərləri 25 Yan 2019 13:22:00 260 0

Eldar Mahmudov hələ də AzTVyə gizli tapşırıqlar verirmiş

2015-ci ilin oktyabrında MTN çetesinin ifşasından sonra məlum oldu ki, sabiq nazir Eldar Mahmudov bir sıra nazirlikləri öz nəzarəti altına alıbmış, orada özünün adamlarını yerləşdirərək öz aləmində "dərin dövlət" qurubmuş. Tezliklə bu ifşa bir sıra dövlət məmurunun işdən çıxarılması və həbsi ilə nəticələndi. Amma bu çetenin tam ifşa olunmadığı barədə iddialar hələ də var.

Son.az musavat.com-a istinadən xəbər verir ki, ozaman Eldar Mahmudovun ən yaxın adamları sırasında bu günlərdə işdən çıxarılan AzTV sədri Arif Alışanovun da adı vardı.

Məsələn, iddia olunurdu ki, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub. Məlumata görə, Arif Alışanovun Eldar Mahmudovun "tələsinə" düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub.

Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini "aylığa" otuzdurub. Üstəlik, ona müəyyən adamlar - o cümlədən hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda göstərişlər verib, onların ekranda görünməsi və təbliğini sifariş edib. Eləcə də bəziləri ilə bağlı da qadağalar tətbiq edib. Amma media bu məsələnin üzərinə də çox gedə bilmədi.

A.Alışanov isə keçmiş milli təhlükəsizlik naziri ilə əlaqələrinin olmadığını "sübut etmək" üçün hətta onun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişləri dövlət televiziyasının arxivindən silib. Bu barədə yazan yerli medianın xəbərində deyilirdi ki, AzTV-nin sədri bu addımı "MTN işi"ndən narahat olduğuna görə atıb.


Xəbərə aid fotolar