Nazirlik övladlığagötürmə sahəsində ediləcək


Digərləri 25 Yan 2019 13:29:00 249 0

Nazirlik övladlığagötürmə sahəsində ediləcək

Valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün həmin ailələrə dəstək olunacaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi" mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb: "Fərmana əsasən övladlığa götürmə ilə bağlı bir sıra məsələlər, tənzimləmələr və əməliyyatlar, mexanizmlər üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bura övladlığa götürmə ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqların, övladlığa götürülən uşaqların və övladığa uşaq götürmək istəyən şəxslərin uçotu da daxildir".