Prokuror Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində cəza istəyib


Digərləri 25 Yan 2019 12:57:00 268 0

Prokuror Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Ə.Əbdüləzizin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.