15 müəssisənin nümayəndəsi Layihə İdarəetmə Məktəbinə qoşulub (FOTO)


Digərləri 25 Yan 2019 12:59:36 156 0

15 müəssisənin nümayəndəsi Layihə İdarəetmə Məktəbinə qoşulub (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M5” adlı qrupuna 15 müəssisə və şirkətdən 26 nəfər iştirakçı qatılıb.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M5” adlı qrupuna 15 müəssisə və şirkətdən 26 nəfər iştirakçı qatılıb. Qrupun iştirakçıları arasında SOCAR, Azərikimya İB, SOCAR Petkim, BP, Bank Respublika, TP Engineering, “Gilan Construction Group” MMC, “DeGolyer and MacNaughton Corporation” və s. kimi şirkət və müəssisələrdən olan rəhbər şəxslər və məsul əməkdaşlar vardır.