Avropa Məhkəməsinin Azərbaycan üzrə icraata götürdüyü işlərin sayı


Siyasət 25 Yan 2019 12:48:00 261 0

Avropa Məhkəməsinin Azərbaycan üzrə icraata götürdüyü işlərin sayı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 43 qərar qəbul edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə AİHM-ın "2018-ci il ərzində fəaliyyətin icmalı" illik hesabatında bildirilir. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu göstərici bundan 2 dəfədən artıq çox olub: Azərbaycan üzrə 97 qərar qəbul edilib.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM Azərbaycan üzrə 313 ərizəni icraata götürüb, onlardan 261-i qəbul olunmayıb.

AİHM tərəfindən 2017-cı illə müqayisədə Azərbaycanla bağlı icraata götürülmüş işlərin sayı 2 dəfə azalıb. Müqayisə üçün bildirək ki, 2017-cı ildə Azərbaycan üzrə 679 ərizə icraata götürülmüş, onlardan 210-u qəbul edilməmişdi.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub.