Marçello Lippi istefa verdi


İdman 25 Yan 2019 12:11:00 263 0

Marçello Lippi istefa verdi

Goal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki. İtaliyalı mütəxəssis Asiya kubokunun 1/4 finalında İrana 0:3 hesabı ilə uduzduqları oyundan sonra qərarını açıqlayıb. O, başa çatan müqaviləsini yeniləmək istəmədiyini bildirib.

Çin millisinin baş məşqçisi Marçello Lippi vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 70 yaşlı məşqçi 2016-cı ildən Çin millisini çalışdırırdı.

Xatırladaq ki, Lippi 2006-ci ildə baş məşqçisi olduğu İtaliya millisi ilə dünya çempionu olub. O, Juventus-da işlədiyi dönəmdə isə Turin təmsilçisini 5 dəfə ölkə çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi edib. Lippi Napoli, İnter və Atalanta kimi klubları da çalışdırıb.