Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin yeni kitabı çap olunub


Digərləri 25 Yan 2019 12:07:08 210 0

Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin 
yeni kitabı çap olunub

Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin “Ədəbi cərəyanlar və istiqamətlər” adlı yeni kitabı çap olunub.

Bakı. Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin “Ədəbi cərəyanlar və istiqamətlər” adlı yeni kitabı çap olunub. Universitetdən Trend-ə verilən məlumata görə, dərs vəsaiti kimi təqdim olunan kitabın elmi redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Asif Hacıyev və filologiya üzrə elmlər doktoru Cavanşir Yusiflidir.