Su polisi balıqları kütləvi şəkildə məhv edənləri


Digərləri 25 Yan 2019 11:54:00 207 0

Su polisi balıqları kütləvi şəkildə məhv edənləri

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən Son.az-a verilən məlumata görə, İdarənin BQM-nin və BEMB-nin İmişli XPM-nin  əməkdaşları tərəfindən keçiridiyi tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.

İdarənin rəsmi məlumatında qeyd olunur ki, 1994-cu ildə İmişli rayonunun Govhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar. Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça" adlandırılan balıqovlama vasitəsi, eləcə də ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb.

Videonu izləmək üçün şəklə klikləyin:

Su polisi balıqların antisanitariya şəraitində hisə verildiyi məkanı aşkarladı - VİDEO - FOTO Adları çəkilən şəxslər ölkə qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar. Sonradan həmin avadanlıq taxta vasitəsi ilə sudan çıxarılıb. Əvvəllər bu cür kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə brakonyerlər balıq tutmaq istəyərkən dəfələrlə ölüm hadisəsi baş verib və həmin aparat özlərini vurub öldürüb. Su polisi Azərbaycan Respublikasının Su Nəqliyyatında Polis İdarəsi bir daha xəbərdarlı qedir ki, İdarənin xidməti ərazilərində regional reydlər keçirəcək və elektrik avadanlığı ilə balıq ovlayan, balıqları  antisanitariya şəraitində hisə verib əhalini zəhərləyən, "Qırmızı kitab"a düşmüş quşları məhv edən və digər bu kimi cinayətkarlara qarşı kəsərli tədbirlər görərək onları cəzalandıracaq. Artıq su polisinin əməkdaşları dəfələrlə balıqçılarla profilaktik və maarifləndirici söhbətlər aparıb, belə halların yol verilməz oldugunu onlara izah ediblər. Buna baxmayaraq, onlar öz çirkin əməllərindən əl çəkməyiblər.

İdarə bir daha diqqətə çatdırır ki, elektrik avadanlığı ilə ovlanan balıqlar insan sağlamlığı üçün çox təhlükəlidir. Su polisi eləcə də vətəndaşlara kafe, restoran və bazarlarda bu yolla ovlanan balıqları almamağı tövsiyə edir.

Yusif Nəsirli Son.az


Xəbərə aid fotolar