ABŞ Senatı "şatdaun"un dayandırılması təklifini qəbul etməyib


Dünya 25 Yan 2019 11:40:00 211 0

ABŞ Senatı "şatdaun"un dayandırılması təklifini qəbul etməyib

ABŞ Senatı Prezident Donald Trampın bir aydan çoxdur davam edən və federal hökumətin işini müvəqqəti dayandırdığı "şatdaun"un dayandırılması üzrə təklifini qəbul etməyib.

Son.az report-a istinadən xəbər verir ki, Demokratlar Partiyasının təşəbbüsü də səsvermədən keçməyib. Səsvermə zamanı heç bir sənəd lazımi 60 səsi toplamayıb.

Hökumətin işinin dayandırılmasına görə, təqribən, 800 min federal işçi əmək haqqısız qalıb. Daxili Təhlükəsizlik, Nəqliyyat, Ədliyyə nazirliklərində, Dövlət Departamentində və FTB-də ödəmələrlə bağlı problemlər yaranıb.