Bakının baş planının hazırlanmasının 2ci mərhələsinə başlanacaq


Digərləri 25 Yan 2019 11:31:00 251 0

Bakının baş planının hazırlanmasının 2ci mərhələsinə başlanacaq

Martda Bakının baş planının hazırlanmasının 2-ci mərhələsinə başlanacaq.

Son.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

S.Nuriyev qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün Komitədə baş planların qanunvericiliyin tələblərinə, eyni zamanda, aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir: