Ögey xalasını öldürüb evini soyan şəxs


Kriminal 25 Yan 2019 11:04:00 573 0

Ögey xalasını öldürüb evini soyan şəxs

Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, şikayət Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.

Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.