Komitə sədri: "Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb" FOTO


Digərləri 25 Yan 2019 11:07:00 230 0

Komitə sədri: "Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb"  FOTO

Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb.

Son.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

S.Nuriyev qeyd edib ki, iqtisadiyyatın aparıcı sektorlarından biri olan tikinti sektorunun inkişafı ilk növbədə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir, böyük sosial əhəmiyyətə malikdir.

Komitə sədri bildirib ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya 2017-ci illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.


Xəbərə aid fotolar