“Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsi işə düşdü (FOTO/VİDEO)


Digərləri 25 Yan 2019 11:00:00 268 0

“Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsi işə düşdü (FOTO/VİDEO)

Yanvarın 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyində “Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsi işə düşüb.

Bakı. Yanvarın 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyində “Peşə təhsilinin inkişafı üçün biznes dəstəyi” layihəsi işə düşüb. Sözügedən tədbirin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, müasir iş şəraitinin yaradılması və müvafiq profil üzrə tələbələrin peşə hazırlığının təkmilləşdirilməsidir. Həmin tədbirin gedişatında dünyanın qabaqcıl şirkətlərindən biri olan və peşəkar mətbəx istilik avadanlığının istehsalı ilə məşğul olan alman şirkəti MKN (Maschinenfabrik Kurt Neubauer), yuxarıda adı çəkilən layihənin təşəbbüskarı, peşəkar təmizlik və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan "Hazar Industry Azerbaycan" (SR Chemicals) şirkəti və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında tədris məqsədlərində istifadəsi və gələcəkdə peşəkar mətbəx avadanlığı və istehsalat mətbəxində gigiyenanın təmin edilməsi mövzusunda təqdimatların, seminarların və metodiki dərslərin keçirilməsi üçün MKN şirkətinin peşəkar sənaye avadanlığının verilməsinə dair memorandum imzalanıb. Rəsmi açılış "SR group Co" şirkətinin PR meneceri Nurlana Musayevanın çıxışı ilə başlayıb. Açılışda Prezident Administrasiyasının, Gənclər Fondunun, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri və bir çox məşhur qonaqlar iştirak edib. Təqdimat zamanı MKN şirkətinin Regional vitse-prezidenti Edmond Finkenauer, "Hazar Industry Azerbaycan" (SR Chemikals) şirkətinin Direktoru Samir Qurbanov, Azərbaycanda "Enactus" proqramının direktoru Kəmalə Məmmədli, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyinin direktoru Fikrət Nəbiyev, Gənclər Fondunun, Prezident Administrasiyasının və Təhsil Nazirliyinin nümayəndələri çıxış ediblər.