"Dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq"


Digərləri 25 Yan 2019 10:53:45 300 0

"Dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq"

Bu günlərdə dövlət idarəetmə sistemində aparılan struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu islahatlar öz növbəsində 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)" uyğunluq təşkil edir.