Su polisi elektriklə balıqları kütləvi məhv edənləri yaxaladı


Digərləri 25 Yan 2019 10:57:00 199 0

Su polisi elektriklə balıqları kütləvi məhv edənləri yaxaladı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb. İdarədən Trend-ə verilən məlumata görə, 1994-cu ildə İmişli rayonunun Govhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar. Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb.