Şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib


Digərləri 25 Yan 2019 10:39:00 215 0

Şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib

Ötən il şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib.

Bakı. Elçin Mehdiyev - Ötən il şəhərsalma qanunvericiliyinin pozulması üzrə 21 cinayət xarakterli fakt aşkar edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib. Komitə sədri ölkə başçısının 2018-ci il ərzində imzaladığı bir neçə fərmana əsasən, qurumun məsuliyyətinin artırılması, şəhərsalmanın planlaşdırılması, tikintinin layihələndirilməsi və təşkili sahəsində aparılan islahatlar barədə danışaraq “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli fərmanını xüsusi vurğulayıb: "Son fərmana əsasən hazırlanaraq tezliklə istifadəyə veriləcək elektron sistem vasitəsilə tikinti sifarişçisi ilkin olaraq Bakı şəhəri üzrə, Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazəni “bir pəncərə” prinsipi əsasında elektron formada ala biləcək".