Ekspert: "Venesuelada ikihakimiyyətlilik çox davam edə bilməz"


Dünya 25 Yan 2019 10:36:00 231 0

Ekspert: "Venesuelada ikihakimiyyətlilik çox davam edə bilməz"

Venesuelada iki nəfərin özünü prezident hesab etdiyi bir vəziyyət çox davam edə bilməz və nəticəsi çox faciəvi ola bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Latın Amerikası üzrə ekspert, "Whitecap Consulting Group LLC" şirkətinin direktoru Fernando Kapablanka deyib.

F.Kapablankanın fikrincə, nə baş verirsə-versin, qısa müddətdə olacaq: "İki prezidentin olduğu bir vəziyyəti dəstəkləmək mümkün deyil".

O bildirib ki, hazırda vəziyyət olduqca qeyri-sabit, qeyri-müəyyəndir və çox tezliklə dramatik gərginlik arta bilər.