Məleykə Abbaszadə: Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun təşkil olunmalıdır


Digərləri 25 Yan 2019 10:27:00 176 0

Məleykə Abbaszadə: Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun təşkil olunmalıdır

Qiymətləndirmə və qərar qəbuletmə dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir.

Bakı. İlhamə İsabalayeva - Qiymətləndirmə və qərar qəbuletmə dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.