Çaylarda suyun səviyyəsi artıb


Digərləri 25 Yan 2019 09:00:00 185 0

Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi dəyişib.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsi dəyişib. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-130 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 125 kub.m/s olmaqla ongünlük normanın 78 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 177 kub.m/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 57,0 kub.m/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 71 kub.m/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.