Saturnda sutkanın neçə saat olduğu ölçülüb


Digərləri 25 Yan 2019 08:59:00 213 0

Saturnda sutkanın neçə saat olduğu ölçülüb

Saturn planetinin dairəsindəki halqaların davranışının müəyyən edilməsi üsulu ilə bu göy cisminin hansı sürətlə fırlandığı müəyyən edilib. Məlum olub ki, bu planetdə bir sutka 10 saat, 33 dəqiqə və 38 saniyədən ibarətdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kaliforniya Universitetinin astronomu Kristofer Mankoviçin rəhbərlik etdiyi tədqiqat qrupu Saturnun Yerə nisbətən iki dəfədən də çox sürətlə fırlandığını kəşf edib. ABŞ-da nəşr olunan "Astrophysical Journal"da dərc olunmuş hesabatda bildirilir ki, təxminən 58 min kilometr radiusu olan Saturnun daha sürətlə fırlanmasının səbəbi onun ölçülərinin Yerdən doqquz dəfə kiçik olmasıdır.

Hesabatda qeyd olunur ki, əvvəllər alimlər Saturnla bağlı bu tədqiqatları "Voyager" kosmik gəmisində yerləşdirilmiş radio dalğalarını ölçən cihaz vasitəsilə aparırdılar. 1980-ci ildən 2000-ci ilədək radiosiqnallar bu gəmidən, daha sonra isə "Cassini" zondundan alınıb. 1993-cü ildə astronomlar Mark Marli və Kerolayn Porko ilk dəfə Saturn planetinin seysmik aktivliyini ölçüblər və müəyyən ediblər ki, onun ətrafındakı nazik halqalar qravitasiyanın gücünün göstəricisidir. Fırlanma zamanı planetdən çıxan qazlar isə halqaların üzərində bulud təbəqəsi yaradır.