İspaniya iqlim dəyişmələrinə qarşı mübarizəyə 235 milyard avro ayıracaq


Dünya 25 Yan 2019 08:39:00 296 0

İspaniya iqlim dəyişmələrinə qarşı mübarizəyə 235 milyard avro ayıracaq

İspaniyanın Baş naziri Pedro Sançes hökumətin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı tədbirlərə yaxın 10 ildə 235 milyard avro ayırmaq niyyətində olduğunu elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ispan hökuməti ölkədə 6 ilə yaxın davam edən iqtisadi böhranı səbəb gətirərək, uzun müddət ərzində bu sahədə fəaliyyətsizliyinə görə üzrxahlıq edib.

P.Sançes bildirib ki, 2021-2030-cü illər üçün energetika və iqlim dəyişmələri sahəsində tədbirlər planı yaxın gələcəkdə Avropa İttifaqı səviyyəsində də təqdim olunacaq.