ABŞ erməni şirkətinə qarşı sanksiyalar tətbiq edib


Dünya 25 Yan 2019 08:08:00 193 0

ABŞ erməni şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Yerevanda İranın "Mahan Air" şirkətinin satış üzrə baş agenti kimi fəaliyyət göstərən erməni şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, nazirlik press-relizində "Mahal Air"in adından fəaliyyət göstərən "Flight Travel LLC" şirkətinin "sanksiyaların riski barədə xəbərdarlıqlara əməl etməkdən imtina etdiyini" bildirib.