Pulsuz müalicə oluna bilməyən Ermənistan vətəndaşı özünü yandırmaq istəyib


Dünya 25 Yan 2019 06:30:00 201 0

Pulsuz müalicə oluna bilməyən Ermənistan vətəndaşı özünü yandırmaq istəyib

Yerevanda pulsuz müalicə üçün xəstəxanaya götürülməyən Ermənistan vətəndaşı özünü yandırmaq istəyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 24-də Yerevanın mərkəzindəki dövlət xəstəxanasının qarşısında özünü yandırmaq istəyən 62 yaşlı vətəndaşla bağlı "911" zəng mərkəzinə məlumat daxil olub.

Məlum olub ki, kəskin ağrılardan əziyyət çəkən vətəndaş bir gün əvvəl xəstəxanaya müraciət edib, lakin ona bildiriblər ki, dövlət hesabına müalicə olunmaq üçün müvafiq arayış təqdim etməlidir. Səhiyyə Nazirliyinə göndərilən xəstəni oradan da paytaxt meriyasına yollayıblar. Şəhər meriyasından isə təcili tibbi yardıma möhtac olan vətəndaşa bir neçə gündən sonra gəlməsi məsləhət görülüb. Ağrıları şiddətlənən yaşı adam xəstəxananın qarşına gələrək üzərinə benzin töküb və özünü yandırmaq istəyib.