Dünyanın ən yaxşı ölkəsi elan edilib


Digərləri 25 Yan 2019 04:30:00 215 0

Dünyanın ən yaxşı ölkəsi elan edilib

Finlandiya "Ən yaxşı ölkələr" indeksində ("The Good Country Index") 153 ölkə arasında ilk yerə layiq görülüb. Bu reytinq cədvəli konkret bir ölkənin öz miqyası çərçivəsində bəşəriyyətin rifahına verdiyi töhfəyə görə tərtib olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, reytinqdə yekun nəticələr BMT, UNICEF, BVF kimi beynəlxalq təşkilatların onlarla parametrlər üzrə təqdim etdikləri məlumatlar əsasında hazırlanır. Tərtibatçılar bildirirlər ki, onlar reytinq vasitəsilə konkret bir ölkənin bəşəriyyətə faydası, yaxud ona yük olması ilə bağlı vəziyyəti əyani şəkildə təqdim etmək istəyirlər.

Finlandiya ötən il 2017-ci ildə tutduğu dördüncü yerdən ilk pilləyə yüksəlib və reytinq cədvəlində İrlandiya, İsveç, Almaniya, Danimarka kimi ölkələri geridə qoya bilib. "Ən yaxşı ölkələr" reytinqində ilk onluğa Kanada, İsveçrə, Norveç, Fransa və İspaniya da daxildir.