Tokionun "Haneda" aeroportunda pilotsuz avtobusun sınaqları keçirilir


Digərləri 25 Yan 2019 03:30:00 297 0

Tokionun "Haneda" aeroportunda pilotsuz avtobusun sınaqları keçirilir

Tokionun "Haneda" aeroportunda pilotsuz avtobusun sınaqları keçirilir. Yaponiya paytaxtının hava qapısı əcnəbi turistlərin sayının artması səbəbindən muxtar rejimdə çalışan avtobuslar vasitəsilə çatışmayan işçi qüvvəsi problemini həll etməyə çalışır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "ANA" aviaşirkəti, "Softbank" telekommunikasiya şirkəti və digər şirkətlərlə birlikdə yanvarın 22-də pilotsuz avtobusu mətbuat nümayəndələrinə təqdim edib.

Muxtar rejimdə çalışan avtobus saatda 20 kilometr sürətlə sərnişin terminalı ilə dayanacağı birləşdirən 600 metr məsafəni qət edib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücü avtobus da olsa da, GPS və sensorlardan istifadə edən avtobus özü yolun kənarındakı maqnit markerlər vasitəsilə marşrut üzrə hərəkət edir.