Ötən il "Amazon"da ən çox satılan kitab


Digərləri 25 Yan 2019 00:45:00 255 0

Ötən il "Amazon"da ən çox satılan kitab

"CNN Business"in məlumatına görə, Mişel Obamanın "Təşəkkül" ("Becoming") kitabı nəinki ötən ilin ən çox satılan kitabı, həm də son on ilin ən populyar nəşrlərdən biri olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Amerikanın keçmiş birinci xanımının insanı ruhlandıran memuarları satışa iki aydan bir qədər əvvəl çıxarılıb, lakin "Amazon"da ən çox satılan kitabların daim yenilənən siyahısında birinciliyini indiyədək qoruyub saxlayır. "Amazon"dan bildiriblər ki, "Təşəkkül" 2012-ci ildə "Boz rəngin əlli çaları" çapdan çıxan vaxtdan etibarən bütün kitablardan daha uzun müddət satışların lideri olub.