Hisə verilmiş balıq alarkən ehtiyatlı olun


Digərləri 24 Yan 2019 23:52:00 437 0

Hisə verilmiş balıq alarkən ehtiyatlı olun

Bakıda, Pirallahı rayonunda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd nəticəsində antisanitar şəraitdə balıqları hisə verən şəxs saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ramiz Məmmədovun həyətində antisanitar şəraitdə hisə verilmiş 28 ədəd siyənək balığı götürülüb. O, dindirilmə zamanı Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadığını bildirib. Su polisləri bu cür antisanitar şəraitdə hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün təhlükəli olduğunu həmin şəxsin nəzərinə çatdıraraq ona xəbərdarlıq ediblər.