Tarasov “rayonlar boşaldılacaq” deyəndə kimə xidmət edir?


Siyasət 24 Yan 2019 23:56:00 232 0

Tarasov “rayonlar boşaldılacaq” deyəndə kimə xidmət edir?

Tarasovun "rayonlar boşaldılacaq" fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Köçəryan-Sərkisyan cütlüyünə və Rusiyadakı erməni lobbisinə işləyən Tarasovun Paşinyandan xoşu gəlmir:

"Rusiyalı politoloq Stanislav Tarasovun "Nikol Paşinyan iyun ayında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu azad edəcək" fikri təsadüfü deyil. Tarasov Gəncədə doğulmasına rəğmən, qatı ermənipərəstdir, Moskvada ermənipərəst "Reqnum" agentliyinin baş analitikidir. Tarasov Azərbaycan və azərbaycanlılar əleyhinə tonlarla yazı yazıb, ömrü boyu erməni separatçılarına xidmət edib".

Politoloq vurğulayıb ki, Tarasov Qarabağ klanının vuran əlidir:

"Ona görə də Tarasov "rayonlar boşaldılacaq" dedikdə Paşinyanın ölkə daxilində mövqelərini zəfilətmək, onu "təslimçi" kimi qələmə verərək Qarabağ klanının hücuma keçməsinə şərait yaradır. Yəni Tarasov dezinformasiya yayır. Paşinyanın öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyi və həvəsi yoxdur. Bunu Paşinyana Azərbaycan ordusu məcbur edə bilər. Bu haqda isə Tarasov bir kəlmə də yazmır".