Azərbaycan nefti ucuzlaşıb


Digərləri 24 Yan 2019 23:41:00 200 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 62,74 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,44 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,29 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.