Həzrət Mühəmməd Peyğəmbərdən əvvəlki peyğəmbərlərin dini nə olub?


Digərləri 24 Yan 2019 22:55:00 207 0

Həzrət Mühəmməd Peyğəmbərdən əvvəlki peyğəmbərlərin dini nə olub?

Bütün peyğəmbərlər vahid Allaha iman gətirməyi, axirət gününə inanmağı təbliğ etmişlər, özlərindən əvvəlki peyğəmbərləri təsdiq etmiş və insanları düzgün yola çağırmışlar. Bu baxımdan bütün peyğəmbərlərin inancı eyni kökdən qaynaqlanmış və eyni olmuşdur. Qurani-Kərimdə buyurulur ki, Allahın yanında din İslamdır (Ali-İmran, 19). Amma hər zamanın özünə məxsus və özünə uyğun şəriət hökmləri olmuşdur.

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbərlərin gətirdikləri şəriət qaydalarının məğzi eyni olsa da, bəzi xırdalıqlarda fərqlər var idi. Məsələn, bütün peyğəmbərlər namaz qılmağı, oruc tutmağı təbliğ edirdilər, amma onların zamanındakı namaz və oruc qaydaları müsəlmanların namaz və oruc qaydalarından fərqli idi. Əgər İslamı din və inanc kimi qəbul etsək, deyə bilərik ki, bütün peyğəmbərlərin dini İslam idi. Amma İslamı şəriət kimi qəbul etsək, yalnız Həzrət Mühəmməd Peyğəmbərin (s) gətirdiyi dini İslam adlandıra bilərik.