BMT səudiyyəli jurnalistin qətlilə bağlı istintaqı dəyərləndirəcək


Dünya 24 Yan 2019 22:59:00 273 0

BMT səudiyyəli jurnalistin qətlilə bağlı istintaqı dəyərləndirəcək

BMT-nin məhkəməsiz və kütləvi edamlarla bağlı xüsusi məruzəçisi Anyes Kallamar səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda oktyabr ayında qətlə yetirilməsilə bağlı "müstəqil beynəlxalq istintaq"a qiymət vermək üçün gələn həftə Türkiyəyə gələcək.

Son.az "Report"a istinadən bildirir ki, A.Kallamar 28 yanvar - 3 fevral tarixlərində həyata keçiriləcək səfərin nəticələri barədə iyun ayında BMT İnsan Hüquqları Şurasının iclasında müzakirə olunacağını diqqətə çatdırıb.