İmtahan edilən müqəddəs xanım


Digərləri 24 Yan 2019 22:45:00 209 0

İmtahan edilən müqəddəs xanım

İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Fatimə (s.ə) ona görə Fatimə adlandırılmışdır ki, xəlq onu tanımaqdan və ona mərifət əldə etməkdən kəsilmişdir (yəni, acizdir və gücü çatmır)".

Məsumların (ə) dilindən eşidilən bunun kimi nurani kəlamlar bizə açıqlayır ki, hər kəs Xanımın (s.ə) tutduğu uca məqamı dərk edib, ona mərifət əldə edə bilməz. Çünki banu o qədər uca məqamlıdır ki, xəlqin zehni onu dərk etməkdən acizdir.

Belə ki, oxuyuruq: İmam Sadiq (ə) buyurur: ""Qədr" surəsində gələn "leylətul" sözü Fatimədir (s.ə), "Qədr" isə Allahdır. Ona görə də hər kim Fatiməni (s.ə) tanıyar - həqiqətən, Qədr gecəsini dərk etmiş olar".

Deməli, Həzrət Zəhra (s.ə) Qədr gecəsidir və Qədr gecəsi min bir gecədən daha üstündür. Kim bu müəmmanı həll edə bilər?

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Fatimə (s.ə) - mənim bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər - məni qəzəbləndirmiş olar".

Bu hədis yadımıza Quranın bu ayəsini salır: "Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır". ("Əhzab" 57).

İnsan gərək elə ali məqamda olsun ki, onu qəzəbləndirmək - Peyğəmbəri (s) qəzəbləndirməyə bərabər olsun. Bu da bəşərin həll edə bilmədiyi müəmmadan biridir.

İmam Həsən Əsgəri (ə) buyurur: "Biz - Allahın məxluqlar üzərindəki hüccətiyik. Nənəmiz Fatimə (s.ə) - Allahın bizim üzərimizdə olan hüccətidir".

Xanımın (s.ə) Məsum İmamlar (ə) üzərindəki hüccəti də bir müəmmadır. Kim bu məammanı həll edə bilər?

İmam Zaman ağa (ə.f) buyurur: "Allah Peyğəmbərinin (s) qızı - mənim üçün ən üstün nümunə və örnəkdir". Bu hədisi müxtəlif cür şərh ediblər. Ancaq maraqlısı budur ki, Qurani-Kərim Həzrət Peyğəmbəri (s) örnək və nümunə elan etdiyi halda, İmam Zaman ağa (ə.f) Xanımı (s.ə) özü üçün örnək qərar vermişdir. Bəs bu həqiqətin sirrini kim aça bilər?