Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun hazırlanmalıdır


Digərləri 24 Yan 2019 22:31:00 272 0

Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun hazırlanmalıdır

Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır.

Bunu tənzimləmək üçün də qanunda dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə təklif Milli Məclisin Elm və təhsil komitəsinin iclasında verilib.

"Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır. Qeyd edilib ki, dərsliklərin tərtib edilməsi ilə bağlı qanun layihəsində yeni müddəa nəzərdə tutulmalıdır. Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm də mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalırlar.